вторник, 17 января 2017 г.

Keyfiyyət Mühəndisi


Keyfiyyət mühəndisi

Tələblər

• Ali texniki təhsil
• Tələb olunan sertifikatlar: QA/QC sertifikatı ; Keyfiyyətin idarə olunması haqqında sertifikatlar
• Xarici dil biliyi: İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.
• 5 il metal konstruksiya sahəsində iş təcrübəsi
• Kompüter bilikləri: Autocad ; Microsoft Ofice

Vəzifə funksiyaları

1. Cəmiyyətin siyasəti, məqsəd və hədəfləri istiqamətində tətbiq olunan Keyfiyyət İdarəetmə Sistemi şərtlərinə və qanuni prosedurlara tabe olmaq, bununla bağlı hazırlanan əlaqədar sənədləri təyin olunduğu sahə üzrə tətbiq etmək.
2. Keyfiyyətə Nəzarət ilə əlaqədar standartların təqibini həyata keçirmək və aktual olanların istifadə etmək.
3. Cəmiyyətin keyfiyyət hədəflərinə nəzarət etmək.
4. Laboratoriya cihazlarının işlədilməsini təmin etmək.
5. Test və təcrübə nəticələrinin idarəsinin aparılaraq son məhsul keyfiyyətinin zəmanət altında olmasını təmin etmək, əlverişsiz metal konstruksiya istehsalına maneə törətməyəcək tədbirləri görmək, 
6. Uyğunsuz istehsal olunmuş metal konstruksiya haqqında dərhal rəhbərinə məlumat vermək.
7. Müştəri şikayətlərini təqib etmək, bunlarla əlaqədar təhlil və araşdırmaların aparılaraq lazımi tədbirlərin görülməsini təmin etmək, lazımi hallarda satış qrupu ilə müştəri ziyarətlərində iştirak etmək.
8. Daxili prosedurlar çərçivəsində işləmək.
9. Təsbit etdiyi uyğunsuzluqları hesabat şəklində rəhbərinə bildirmək, aradan qaldırılmasını, qeydlərin tutulmasını və əlaqədar yerlərə çatdırılmasını təmin etmək.
10. Prosesdə istehsal nəticəsində uyğunsuzluq kəsb edən vəsaitlər istifadə edilərkən düzəldici və önləyici fəaliyyətlərə yerində nəzarət etmək.
11. Mütəmadi zavodların işlərə, material dəyişikliklərinə və uyğunluqlarına istehsal rəhbəri ilə birlikdə nəzarət etmək, uyğunsuzluqlar üçün alına biləcək tədbirlərin müəyyənləşdirilməsi üçün rəhbərə təkliflər vermək və qərar verilən icraları təqib etmək.
12. Cəmiyyətə satın alınan və proses xəttində anbarlama əməliyyatlarına girən bütün materialların (xammallar, köməkçi maddələr, boya maddələri və s.) davamlı nəzarətini aparmaq, uyğunsuzluqlar üçün rəhbər ilə görüşərək tədbirlərin alınmasını təmin etmək.
13. Keyfiyyət planlarında  müəyyən olunan meyarlara uyğunluğun təmin edilməsi üçün lazımi tədbirlərin alınmasını həyata keçirmək.
14. Məhsul keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflər vermək.
15. Laboratoriya cihazlarının kalibrləmə vəziyyətini təqib etmək, vaxtaşırı kalibrləmələrin aparılmaları üçün ehtiyacı qeyd etmək, doğrulama əməliyyatlarını həyata keçirmək və hesabatlarını hazırlayaraq mühafizə etmək, kalibrləmə müddəti keçmiş olan cihazlar haqqında məlumat vermək.
16. Tədqiqat nümunələri və analiz tələbi ilə zavod xaricindən gətirilən nümunələri hazırlanma, analizə alınma və hesabatın hazırlanmasını icra etmək.
17. Təhlil və test standartlarında dəyişiklik olması vəziyyətində yeni üsul və metodların tətbiq olunması ilə əlaqədar işləri planlaşdırıb icrasını təmin etmək, uyğunluq analizini aparmaq və həyata keçirilməsini təmin edərək nəzarətini həyata keçirmək və qeydlərini tutmaq.
18. Bütün fəaliyyətləri ilə əlaqədar risk qiymətləndirmələrini aparmaq, lazım olduqda düzəldici fəaliyyətləri planlaşdırmaq.
19. Zavodun fəaliyyəti ilə əlaqədar qanunvericiliyə və iş prosedurlarına riayəti təmin etmək, bunların həyata keçirilməsini davamlı olaraq izləmək 
20. Görülən işlər ilə əlaqədar hər cür qeydlərin tutulmasını, sənədlərin tənzimini, müəyyən olunmuş məlumat axını, iş axını və hesabat sistemlərinə görə lazımi işləri təyin və tətbiq etmək.
21. Vəzifəsi ilə əlaqədar SƏTƏMM təlimatları istiqamətində təlimat almaq, lazımlı fərdi qoruyucu vasitələrin istifadə edilmək, nöqsanların aradan qaldırmaq.

Bacarıqlar

Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti
İşgüzar ünsiyyət bacarığı
Komandada işləmə bacarığı

CV-nizi mövzu yerinə Keyfiyyət Mühəndisi yazaraq Akkord.Steel@akkord.az e-mailinə göndərə bilərsiniz.

Комментариев нет:

Отправить комментарий