пятница, 27 января 2017 г.

Azərsundan vakansiyalar.


Avtomatika Mühəndisiİş haqqında məlumat• Avtomatik idarə etmədə istifadə edilən kommunikasiya texnologiyalarının tətbiqinin təmin edilməsini həyata keçirmək; • PLC quraşdırılması, konfiqurasiyası və optimallaşdırılmasını təmin etmək; • Istehsada olan funksional maşınların PLC proqramlanmasının təmin edilməsi; • Istehsada olan funksional maşınların HMI sistemləriniə nəzarət; • Avtomatik idarə etmə təchizat və cihazların texnoloji proseslərin texniki xüsusiyyətlərinə uyğun tənzimlənməsi və gərəkli dəyişikliklərin edilməsi; • Teknoloji proseslərin fasiləsiz işinin təmin olunması üçün avtomatik idarəetmə və cihazların texniki xidmət, təmiri və ehtiyat hissələrinin vaxtında sifarişini təmin etmək; • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə alınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək; • Bütün tip kontrollerlərin yoxlanması üçün test sistemlərini hazırlatmaq; • Çox funksiyalı ölçmə cihazlarının kalibrləmə və parametrlərinin girilməsinə nəzarət etmək; • Yeni xətlər, təchizatları və cihazların ilkin yoxlamasından və istehsalın işə alınmasını təmin etmək; • Barkod, koli və qutu kodlama cihazlarına nəzarət etmək və parametrində lazımi dəyişikliklər etmək; • Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istifadə kitabların hazırladılmasını təmin etmək; • Proses nəzarət parametrlərin SCADA sistemlərinə qoşulmasını təmin etmək; • İdarə etmə dövrələrin, panel şəkili və prinsipial sxemalarının hazırlanmasına nəzarət etmek; • Texnoloji proseslərə uyğun lokal P&ID diaqramlarının qurulmasını təmin etmək;Tələblər• Ali texniki təhsilli olmalı;• Müvafiq sahədə 3 il iş təcrübəsi;• Rus və ingilis dili bilikləri arzu olunandır;• Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC) yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC); • PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli; • SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli; • PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı; • Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı; • AC invertorların (driver) proqramlaşdırılmasını bilməli; • PLC və SCADA arasında əlaqə qura bilməli.İş şərtləriNövbəli iş qrafikiÇalışma Yeri: Bakı Yağ Fabriki  (Sumqayıt şəh.)Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Avtomatika Mühəndisi” qeyd olunmalıdır) göndərə və ya www.azersunhr.comportalında vakansiyaya müraciət edə bilərlər.

IT Mütəxəssisiİş haqqında məlumat• Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;• Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi; • İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi; • Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması; • Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi; • PC, notebook, Mic Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi; • Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.Tələblər• Microsoft Windows XP, Vista, 7, 8 əməliyyat sistemlərini bilməli; • Ehtiyaca görə şirkət daxilində istifadə olunan müxtəlif standart proqramlar (Microsoft Office paketi, Adobe Systems proqramları, Arxivatorlar, Readerlər, Qrafiklə çalışmaq üçün proqramlar); • Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;  • CCNA, Microsoft OS sertifikatları arzu olunandır; • Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli; • Server əməliyyat sistemlərindən anlayışı olmalı; • Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli; • Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.); • Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi); • Viruslardan təmizləməyi bilməli və onların yaratdığı fəsadları aradan qaldırmağı bacarmalı; • İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı; • Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli; • Mobil cihazların ehtiyatının alınması və yenidən qurulmasını bilməlidir.İş şərtləriHəftə içi 5 gün, saat 09.00-18.00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “IT Mütəxəssisi” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.comsaytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Комментариев нет:

Отправить комментарий