AZƏRENERJİ
Planlama Mühəndisi
İş barədə məlumat
- Layihə üzrə görülən işlərin günlük, həftəlik, eləcədə dövri istehsal planının tərtib edilməsi və MS Project proqramına daxil edilməsi
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb lazımi instansiyalara ötürülməsi
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün istehsalat növbə rəisi ilə müzakirələr aparmaq
- Gecikən işlərin yenidən planlanması
- Bütün layihələrin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət
- Görülən işlərə dəyən ziyanın müəyyən edilməsi və aktların hazırlanması
- İstehsal və satışın balanslaşdırılması: ötən il, rüb və ay satışına nəzərən müvafiq olaraq növbəti il, rüb və aylıq istehsal proqnozununun verilməsi
- Təsdiqlənmiş plana əsasən nəzərdə tutulan istehsalın problemsiz və intensiv həyata keçirilməsi üçün xammal stokunun yaradılması və minimum stok nəzarəti
- Dövri olaraq İstehsalat növbə rəisi və Satış müdiri ilə toplantılar təşkil etmək, yaranmış problemləri təsbit etmək və həlli yollarının müzakirəsi
- Vəzifə təlimatında göstərilmiş digər öhdəliklərin yerinə yetirilməsi
Namizədə tələblər
- Texniki sahə üzrə ali təhsil
- Vəzifəyə uyğun sahədə ən az 3 (üç) il və artıq iş təcrübəsi olanlara üstünlük verilir
- Primavera P6, MS Office, MS Project və Autocad proqramları biliyi
- İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.
- Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti
- İşgüzar ünsiyyət bacarığı
- Komandada işləmə bacarığı
Necə müraciət etməli:
• Mövzu hissəsinə “Planlama Mühəndisi” qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla məhdudlaşdırılacaqdır.
• Tövsiyyə olunan CV-anket formasını təqdim edirik Burdan bax .
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.
Комментариев нет:
Отправить комментарий