понедельник, 30 января 2017 г.

Vakansiya (Təcrübə istənmir ) : Electrical & Instrument Graduate Engineer


Electrical & Instrument Graduate Engineer
(Ref: 539)

About PD&MS Group
PD&MS Group is recognised as a provider of safe, effective, and cost efficient design and engineering services to the oil and gas, drilling, production and marine industries. PD&MS focus on brownfield engineering, including upgrades to platforms and rigs. Services include project design, design verification and management, structural, piping, mechanical, HVAC, and electrical / instrumentation design, upgrades and modifications, inspection, auditing and engineering support. PD&MS Group has UK operations in Aberdeen, Dundee, and Great Yarmouth, and international offices in Azerbaijan and Brazil.
Role synopsis
In order to support ongoing work in the region, PD&MS Group are looking for an Electrical and Instrument Graduate Engineer to join the team based in Baku, Azerbaijan.
Candidates should have previous demonstrable experience in detail design, a good knowledge and understanding of relevant oil & gas industry codes and standards and have previous offshore industry experience. 
This is a development role.  Under supervision the graduate will undertake engineering duties associated with the design, construction, certification and safe commissioning.

Preference will be given to citizens of Azerbaijan.
Key Responsibilities
Reporting to the Lead Engineer the successful candidate will be required undertake the following tasks:
 
• Awareness of, and compliance with, PD&MS QHSE Systems.  
• Awareness of, and compliance with, client, industry and international specifications and standards.  
• Production of documents and engineering design deliverables within expected capabilities and/or training.
• Interact with Suppliers / Vendors in a professional manner.
• Remain up to date with technical developments, client, national and international standards and legislative requirements related to the position.
• Ensure compliance with applicable Industry Codes and Standards, HSE Alerts, Statutory Instruments, Client and PD&MS Specifications and Legislative Requirements.
• Responsible for ensuring professional development is maintained and identified competency requirements are undertaken in a timely manner.
• Performance of discipline engineering tasks including compilation and provision of minor verification calculations in accordance with Company QA, HS & E policies.
• Demonstration of safe approach in design and working practices, following the objectives of the Office and project specific Health, Safety and Environmental Plans.  
• Introduction to the requirements of best practice standards recommendations and processes in the undertaking of duties.
• Encouragement of attention to safety.  
• Adherence to the company integrated management system.
• Awareness of quality assurance, health and safety and environmental policies.
• Awareness of PD&MS QHSE principles.
• Ensure unsafe activities are challenged.
• Awareness of PD&MS values.
• Awareness and understanding of the business drivers and values.

Essential qualifications and experience
• BSc or equivalent in relevant Engineering Discipline essential
• Basic understanding of all engineering disciplines
• Basic understanding of relevant oil & gas industry codes and standards preferred
• Basic understanding in the use of Autodesk design products preferred
• Competent in the use of MS office applications essential
• Excellent written and spoken English
• BOSIET preferred
• MIST preferred

How to apply
To apply please e-mail your detailed CV and covering letter to pdmsresourcing@pdms-group.com quoting the job title and reference number (Ref: 539) in the subject box.

пятница, 27 января 2017 г.

Azərsundan vakansiyalar.


Avtomatika Mühəndisiİş haqqında məlumat• Avtomatik idarə etmədə istifadə edilən kommunikasiya texnologiyalarının tətbiqinin təmin edilməsini həyata keçirmək; • PLC quraşdırılması, konfiqurasiyası və optimallaşdırılmasını təmin etmək; • Istehsada olan funksional maşınların PLC proqramlanmasının təmin edilməsi; • Istehsada olan funksional maşınların HMI sistemləriniə nəzarət; • Avtomatik idarə etmə təchizat və cihazların texnoloji proseslərin texniki xüsusiyyətlərinə uyğun tənzimlənməsi və gərəkli dəyişikliklərin edilməsi; • Teknoloji proseslərin fasiləsiz işinin təmin olunması üçün avtomatik idarəetmə və cihazların texniki xidmət, təmiri və ehtiyat hissələrinin vaxtında sifarişini təmin etmək; • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə alınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək; • Bütün tip kontrollerlərin yoxlanması üçün test sistemlərini hazırlatmaq; • Çox funksiyalı ölçmə cihazlarının kalibrləmə və parametrlərinin girilməsinə nəzarət etmək; • Yeni xətlər, təchizatları və cihazların ilkin yoxlamasından və istehsalın işə alınmasını təmin etmək; • Barkod, koli və qutu kodlama cihazlarına nəzarət etmək və parametrində lazımi dəyişikliklər etmək; • Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istifadə kitabların hazırladılmasını təmin etmək; • Proses nəzarət parametrlərin SCADA sistemlərinə qoşulmasını təmin etmək; • İdarə etmə dövrələrin, panel şəkili və prinsipial sxemalarının hazırlanmasına nəzarət etmek; • Texnoloji proseslərə uyğun lokal P&ID diaqramlarının qurulmasını təmin etmək;Tələblər• Ali texniki təhsilli olmalı;• Müvafiq sahədə 3 il iş təcrübəsi;• Rus və ingilis dili bilikləri arzu olunandır;• Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC) yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC); • PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli; • SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli; • PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı; • Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı; • AC invertorların (driver) proqramlaşdırılmasını bilməli; • PLC və SCADA arasında əlaqə qura bilməli.İş şərtləriNövbəli iş qrafikiÇalışma Yeri: Bakı Yağ Fabriki  (Sumqayıt şəh.)Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Avtomatika Mühəndisi” qeyd olunmalıdır) göndərə və ya www.azersunhr.comportalında vakansiyaya müraciət edə bilərlər.

IT Mütəxəssisiİş haqqında məlumat• Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;• Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi; • İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi; • Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması; • Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi; • PC, notebook, Mic Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi; • Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.Tələblər• Microsoft Windows XP, Vista, 7, 8 əməliyyat sistemlərini bilməli; • Ehtiyaca görə şirkət daxilində istifadə olunan müxtəlif standart proqramlar (Microsoft Office paketi, Adobe Systems proqramları, Arxivatorlar, Readerlər, Qrafiklə çalışmaq üçün proqramlar); • Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;  • CCNA, Microsoft OS sertifikatları arzu olunandır; • Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli; • Server əməliyyat sistemlərindən anlayışı olmalı; • Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli; • Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.); • Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi); • Viruslardan təmizləməyi bilməli və onların yaratdığı fəsadları aradan qaldırmağı bacarmalı; • İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı; • Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli; • Mobil cihazların ehtiyatının alınması və yenidən qurulmasını bilməlidir.İş şərtləriHəftə içi 5 gün, saat 09.00-18.00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “IT Mütəxəssisi” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.comsaytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

среда, 25 января 2017 г.

Norm sement zavodu. Vakansiya : Əməyin mühafizəsi üzrə mühəndis.

Norm Sement zavodu

Norm MMC Bakının Qaradağ rayonunda Norm Sement zavodunu istismara vermişdir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Əməyin Mühafizəsi üzrə Mühəndis tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Bütün işçilər, podratçılar və əraziyə yeni gəlmiş qonaqların SƏTƏM  qaydaları ilə tanış edilməsi
• Şirkətin tətbiq etdiyi “Altı qızıl qayda”nın daimi olaraq tətbiq olunmasına nəzarət
• Əməyin mühafizəsi üzrə Qanunvericilik və digər tələblərə dair məlumatı rəhbərliyə, işçilərə həmçinin potratçı və təşkilat ilə bağlı bütün tərəfləri  məlumatlandırmalıdır  və  əməl edilməsinə nəzarət etmək
• Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak etmək.
• İş yerlərində proses və avadanlıqla əlaqədar olan təhlükələrin təyin olunması, risklərin qiymətləndirilməsi və zəruri   tədbirlərinin  alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək.
• Baş vermiş  bədbəxt hadisələrin təhqiqatının aparılması,  hadisəni törədən səbəblərin müəyən edilməsi,  hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək  və   müəyyən edilmiş   səbəblərin  aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək
• Baş verə biləcək  bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlaması və həyata keçirilməsində iştirak etmək
• Ərazidə Fərdi mühafizə vasitələrinin geyinilməsi, avadanlıqların, mühafizə vasitələrinin  zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsinə, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə nəzarət
• SƏTƏM üzrə prosedur və təlimatların işlənib hazırlanması və tətbiqini, daxili auditlərin təşkili və həyata keçirilməsi və düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə təmin etmək
• Gündəlik sahə yoxlamalarının aparılması  və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluların aradan qaldırılmasının təqib edilməsi
• SƏTƏM üzrə tələb olunan sənədlərin olmasının və əlaqədar heyət tərəfindən başa düşülməsinin təmin edilməsi
• Fövqəladə hallarla mübarizə planlarına və Şirkətin/Podratçıların hazırlıq səviyyəsini təmin etmək üçün təlimlərin keçirilməsi
• Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etməli, personalı fövqəladə  hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmalı

Tələblər:

• Ali təhsil
• SƏTƏM üzrə beynəlxalq sertifikat
• SƏTƏM sahəsində ən azı 3 il iş təcrübəsi
• Azərbaycan və İngilis dili
• MS Office komputer proqramı üzrə bacarıqlar

Tərcümeyi-hallarınızı hr@norm.az ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 10/02/2017

понедельник, 23 января 2017 г.

Azerkimyadan təcrübə proqramı.

“Azərikimya”nın işçisi olmaq istəyən gənclər üçün növbəti şans

                               
                               
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi 2 aylıq ödənişli istehsalat təcrübəsi keçməklə aşağıdakı ixtisaslar üzrə müsabiqə elan etmişdir:1. Mühəndis-mexanik (mexanika mühəndisliyi, mühəndis-mexanik, kimya istehsalının maşın və avadanlıqları, texnoloji maşınlar və avadanlıqlar ixtisasları üzrə)

2. Mühəndis-energetik (energertika və elektroenergetika mühəndisliyi ixtisasları üzrə)

4. Mühəndis-elektronçu (elektroenergetika sistemləri və şəbəkələri, elektrik təchizatı, yüksək gərginliklər texnikası və fizikası və elektrotexnologiya, elektroenergetika mühəndisliyi ixtisasları üzrə)

5. Nəzarət ölçü cihazlari və avtomatika üzrə mühəndis (istehsal proseslərinin avtomatlaşdırılması mühəndisliyi, avtomatika və idarəetmə, avtomatika və texniki sistemlərdə idarəetmə, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə)

6. Mühəndis-texnoloq (kimya mühəndisliyi, kimyaçı-texnoloq mühəndisi ixtisasları üzrə)

7. Kimyaçı (kimya mühəndisliyi, kimyaçı, kimya ixtisasları üzrə)

Müsabiqədə iştirak etmək istəyənlərin minimum bakalavr təhsili olmalı, göndərilən şəxsi işlər təqdim edilən ixtisaslara uyğun gəlməlidir. İş təcrübəsi tələb olunmur. İş yerləri Sumqayıt şəhərində olduğu üçün Sumqayıt qeydiyyatında olanlara, həmçinin ingilis dili bilənlərə üstünlük verilir.

Tələb olunan sənədlər: Ali təhsil haqqında diplomun surəti; şəxsiyyət vəsiqəsinin surəti; CV (şəxsi məlumat) forması.

Müsabiqəyə son müraciət tarixi: 31 yanvar 2017-ci il tarixidir.

Prosedur: İlkin seçim müsabiqəsini keçən gənclər “Azərikimya”da iki aylıq ödənişli (əmək haqqı almaqla) təcrübə keçdikdən sonra, elan ediləcək vakansiyalar üzrə işlə təmin olunmaq imkanı əldə etmək üçün növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

Əlavə məlumat və sənədlərin göndərilməsi üçün:

(050) 843-10-11 - Mirvari Abdurahmanova

mirvari.abdurahmanova@socar.az

(050) 843-11-30 - Orxan Məhərrəmli

orxan.maharramli@socar.az 

Vakansiya : Mechanical Engineer 2 il təcrübə

Mechanical Engineer
We prefer candidates with work experiences as Mechanical/Chemical Engineer in oil-field companies.
Job Description:
- Age: 25 +
- University degree in Engineering (Chemical, Mechanical, Industrial)
- 2 + years of successful technical sales experience in a highly competitive sales environment.
- Ability to establish adequate personal and professional relationships
- Excellent communication skills both written/spoken in Azerbaijani/Russian, English language knowledge is advantage.
- Highly analytical and problem solving ability
- Ability to work under pressure, independently and in a team.
- Proactive, initiative and creative and highly result oriented
- Working knowledge of computer applications power point/excel/word.
- Must have a valid Driver’s License.
Salary: 800 - 1000 AZN Net + Bonus
Interested Candidates please send your CV to  recruitment@ires.az indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.

пятница, 20 января 2017 г.

Taktil informasiyanın qəbulu. Virtual reallıq



AxonVR yeni qurğunu təqdim etmişdir, hansı ki bu taktil informasiyanın qəbul edilməsinə və virtual reallığı hiss etməyə daha da imkan verəcək. Xüsusi istilik verici hissələrdən təşkil olunmuş bu qurğu gələcəkdə bu növ informasiyanın bir nöqtədən digərinə göndərilməsində istifadə ediləcəyi gözlənir.

Qeyd etmək lazımdır ki , hal hazırda yalnız görünən və eşidilə bilən informasiyanın daşınası və kodlaşması mümkündür.



Vakansiya : Mühəndis-konstruktor




Karvan-L




Mühəndis-konstruktor
İş barədə məlumat
- dəmir-beton, şüşə konstruksiya layihə cizgilərinin çəkilməsini təşkil edilməsi
- hesabatın nəticəsi əsasında iqtisadi cəhətdən sərfəli olan  bünövrənin, sütunların, rigellərin, tirlərin, tavanın, örtük konstruksiyalarının en kəsiyinin və materiallarının seçilməsi
- konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin tərtib edilməsi
- qəza vəziyyətində olan bina və qurğuların konstruksiya layihələrinin yerinə yetirilməsi
- təmir-tikinti işləri üçün layihə sənədlərinin hazırlaması
- tikinti işlərinə müəllif nəzarətinin həyata keçirməsi
- layihənin sifarişə əsasən və AR-da qüvvədə olan İnşaat Norma və Qaydalarına riayyət etməklə aparılnasl.
- gigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.

Namizədə tələblər
- inşaat mühəndisliyi üzrə ali təhsil
- inşaat sektorunda ən az 2 il iş təcrübəsi
- layihələndirmə işlərini yerinə yetirilməsi üçün Lisenziya, zəlzələ üzrə Fövqəladə Hallar Nazirliyindən xüsusi vəsiqə
- MS Office, Autocad, Lira, Ideacad, Sap200 proqramlarında işləyə bilməli
- inşaat norma ve qaydalarını bilməli
- layihələşdirmənin metodlarını bilməli
- tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli
- müəllif nəzarətini yerinə yetirə bilməlii

CV-nizi  cvkarvan@yandex.ru  ünvanına məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını qeyd edib göndərməniz xahiş olunur. CV-də şəklin olması vacibdir.

вторник, 17 января 2017 г.

Keyfiyyət Mühəndisi


Keyfiyyət mühəndisi

Tələblər

• Ali texniki təhsil
• Tələb olunan sertifikatlar: QA/QC sertifikatı ; Keyfiyyətin idarə olunması haqqında sertifikatlar
• Xarici dil biliyi: İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.
• 5 il metal konstruksiya sahəsində iş təcrübəsi
• Kompüter bilikləri: Autocad ; Microsoft Ofice

Vəzifə funksiyaları

1. Cəmiyyətin siyasəti, məqsəd və hədəfləri istiqamətində tətbiq olunan Keyfiyyət İdarəetmə Sistemi şərtlərinə və qanuni prosedurlara tabe olmaq, bununla bağlı hazırlanan əlaqədar sənədləri təyin olunduğu sahə üzrə tətbiq etmək.
2. Keyfiyyətə Nəzarət ilə əlaqədar standartların təqibini həyata keçirmək və aktual olanların istifadə etmək.
3. Cəmiyyətin keyfiyyət hədəflərinə nəzarət etmək.
4. Laboratoriya cihazlarının işlədilməsini təmin etmək.
5. Test və təcrübə nəticələrinin idarəsinin aparılaraq son məhsul keyfiyyətinin zəmanət altında olmasını təmin etmək, əlverişsiz metal konstruksiya istehsalına maneə törətməyəcək tədbirləri görmək, 
6. Uyğunsuz istehsal olunmuş metal konstruksiya haqqında dərhal rəhbərinə məlumat vermək.
7. Müştəri şikayətlərini təqib etmək, bunlarla əlaqədar təhlil və araşdırmaların aparılaraq lazımi tədbirlərin görülməsini təmin etmək, lazımi hallarda satış qrupu ilə müştəri ziyarətlərində iştirak etmək.
8. Daxili prosedurlar çərçivəsində işləmək.
9. Təsbit etdiyi uyğunsuzluqları hesabat şəklində rəhbərinə bildirmək, aradan qaldırılmasını, qeydlərin tutulmasını və əlaqədar yerlərə çatdırılmasını təmin etmək.
10. Prosesdə istehsal nəticəsində uyğunsuzluq kəsb edən vəsaitlər istifadə edilərkən düzəldici və önləyici fəaliyyətlərə yerində nəzarət etmək.
11. Mütəmadi zavodların işlərə, material dəyişikliklərinə və uyğunluqlarına istehsal rəhbəri ilə birlikdə nəzarət etmək, uyğunsuzluqlar üçün alına biləcək tədbirlərin müəyyənləşdirilməsi üçün rəhbərə təkliflər vermək və qərar verilən icraları təqib etmək.
12. Cəmiyyətə satın alınan və proses xəttində anbarlama əməliyyatlarına girən bütün materialların (xammallar, köməkçi maddələr, boya maddələri və s.) davamlı nəzarətini aparmaq, uyğunsuzluqlar üçün rəhbər ilə görüşərək tədbirlərin alınmasını təmin etmək.
13. Keyfiyyət planlarında  müəyyən olunan meyarlara uyğunluğun təmin edilməsi üçün lazımi tədbirlərin alınmasını həyata keçirmək.
14. Məhsul keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflər vermək.
15. Laboratoriya cihazlarının kalibrləmə vəziyyətini təqib etmək, vaxtaşırı kalibrləmələrin aparılmaları üçün ehtiyacı qeyd etmək, doğrulama əməliyyatlarını həyata keçirmək və hesabatlarını hazırlayaraq mühafizə etmək, kalibrləmə müddəti keçmiş olan cihazlar haqqında məlumat vermək.
16. Tədqiqat nümunələri və analiz tələbi ilə zavod xaricindən gətirilən nümunələri hazırlanma, analizə alınma və hesabatın hazırlanmasını icra etmək.
17. Təhlil və test standartlarında dəyişiklik olması vəziyyətində yeni üsul və metodların tətbiq olunması ilə əlaqədar işləri planlaşdırıb icrasını təmin etmək, uyğunluq analizini aparmaq və həyata keçirilməsini təmin edərək nəzarətini həyata keçirmək və qeydlərini tutmaq.
18. Bütün fəaliyyətləri ilə əlaqədar risk qiymətləndirmələrini aparmaq, lazım olduqda düzəldici fəaliyyətləri planlaşdırmaq.
19. Zavodun fəaliyyəti ilə əlaqədar qanunvericiliyə və iş prosedurlarına riayəti təmin etmək, bunların həyata keçirilməsini davamlı olaraq izləmək 
20. Görülən işlər ilə əlaqədar hər cür qeydlərin tutulmasını, sənədlərin tənzimini, müəyyən olunmuş məlumat axını, iş axını və hesabat sistemlərinə görə lazımi işləri təyin və tətbiq etmək.
21. Vəzifəsi ilə əlaqədar SƏTƏMM təlimatları istiqamətində təlimat almaq, lazımlı fərdi qoruyucu vasitələrin istifadə edilmək, nöqsanların aradan qaldırmaq.

Bacarıqlar

Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti
İşgüzar ünsiyyət bacarığı
Komandada işləmə bacarığı

CV-nizi mövzu yerinə Keyfiyyət Mühəndisi yazaraq Akkord.Steel@akkord.az e-mailinə göndərə bilərsiniz.

понедельник, 16 января 2017 г.

Vakansiya : Proqramçı




"Atəşgah" Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün

İŞ PROFİLİ
 
Vəzifə: Proqramçı

Şöbə : İnformasiya texnologiyalarının tətbiqi şöbəsi

Vəzifə öhdəlikləri: Proqram təchizatı və məlumat bazasının tərtibatı və dəstəyi

Namizədə tələblər:

• Texniki sahə üzrə ali təhsil
• Proqramçı olaraq ən azı 1 illik iş təcrübəsi;
• .NET texnologiyaları üzrə yüksək biliklər(C#, ASP.NET MVC 4-5, WCF)
• HTML, CSS, JS, JQuery üzrə orta biliklər 
• SQL üzrə orta biliklər
• Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı, komanda tərkibində işləmə qabiliyyəti;

Dil bilikləri:

• Azərbaycan(yazılı və şifahi səlist ünsiyyət), 
• İngilis vəya rus dilindən ən az birini yazılı və şifahi səlist ünsiyyət
 
Vəzifələr:
 
           
• “TFS” sistemi üzərindən müraciətləri qəbul etmək, işləmək və müraciətlərin  həll prosesinə nəzarəti həyata keçirmək;
• Proqram təminatını yaratmaq;
• Proqram təminatında dəyişikliklər etmək;
• Proqram təminatında çıxan problemləri həll etmək;
• Proqram təminatında ilkin testləri aparmaq;
• Texniki sənədi təhlil etmək, yazmaq və ya  dəyişdirmək;
• Birbaşa rəhbərin verdiyi xidməti tapşırıqları, göstərişləri keyfiyyətli və vaxtında yerinə yetirmək.
 
İş şərtləri:

• Qrafik: 09:00-18:00
• İş günləri: 7/5
• İş yeri: Baş ofis
• Ə/H: namizədin bilik keyfiyyətinə (test nəticələrinə) uyğun yüksək maaş

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına göndərə bilər 
(məktubun mövzu bölməsində Proqramçı  qeyd etmək mütləqdir).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

пятница, 13 января 2017 г.

Vakansiya : QA/QC Engineer


AZFEN


 QA/QC Engineer
 Baku, Azerbaijan
 QA/QC Manager
The duties will include (but not limited to):
• The preparation and control of QMS management documentation prior to project commencement.
• Ability to develop job related method statements, procedures, plans and checklist based on specifications of the project.
• Carry out Internal Audit at the site as scheduled in the Project Quality Plan, PQP.
• Cary out inspection and checking for all quality related procedures in the site and ensures activity at the site are as per approved method statement and inspection test plan.
• Taking care of QA/QC documents of the entire project including certificates, calibration, test results, inspection requests, non-compliance reports and site instruction/observations, permanent materials delivered and other QA/QC documents. Responsible for the closure of Non-conformance, NCR and Site Instruction, SI.
• Responsible for the quality and workmanship of every activity, thorough knowledge of all phases of engineering construction relating to Civil, Architectural and Structural discipline interfacing the multidisciplinary operations.
• Report to the QA/QC Manager, control, and monitor all activities related to Quality Management System, QMS.

Requirements and skills for this position:
• University degree
• Site experience on relevant position
• Good communication skills
• Upper intermediate level of English
• Strong knowledge of MS Office 
• Experienced knowledge for technical documentation preparation and presentation ability   
• Fast learner, team player.

To apply for this position kindly email your CV in English to elchin.nacafov@azfen.com and put QA/QC Engineer in the subject line.
Please note that only short-listed candidates will be contacted. We may refer your resume for consideration for other vacancies in future.

среда, 11 января 2017 г.

Bu universitet tələbələri Azercell-in aylıq 200 manat təqaüdünü qazandı – TAM SİYAHI

Bu universitet tələbələri Azercell-in aylıq 200 manat təqaüdünü qazandı – TAM SİYAHI

Tələbə Təqaüd Proqramının qalibləri müəyyən edildi!

Azərbaycanın akademik potensialının yüksəlməsinə daim dəstək olan “Azercell Telekom” MMC-nin 1 oktyabr 2016-cı il tarixində elan etdiyi  Tələbə Təqaüd Proqramı üzrə son seçimlər başa çatmışdır.

Tələbə Təqaüd Proqramının mərhələli seçimləri nəticəsində 27 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülmüşdür. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Proqram qaliblərinin adlarını nəzərinizə çatdırırıq:


Adı, soyadıUniversitetİxtisas
Abbasov RafiqAzərbaycan Dövlət Iqtisad UniversitetiDünya İqtisadiyyatı
Dunay XasaylıBakı Dövlət UniversitetiHüquqşünaslıq
Ələkbərli ƏliA.R. Prezidenti yanında Dövlət Idarəçilik AkademiyasıHüquqşünaslıq
Əsədli AynurADA UniversitetiBeynəlxalq elmləri
Əzimova SəbinəA.R. Prezidenti yanında Dövlət Idarəçilik AkademiyasıKompyuter Elmləri
Günel AbdullayevaBakı Dövlət UniversitetiHüquqşünaslıq
Həşimov ƏzimXəzər UniversitetiNeft-Qaz Mühəndisliyi
İsgəndərov SultanGəncə Dövlət UniversitetiKimya-Biologiya müəllimliyi
Cəfərli HikmətQafqaz UniversitetiKompyuter Mühəndisliyi
Kərimov RəsulQafqaz UniversitetiKompyuter Mühəndisliyi
Məmməd HacılıQafqaz UniversitetiKompyuter Mühəndisliyi
Məlikzadə ZümrüdGəncə Dövlət UniversitetiRiyaziyyat-İnformatika
Muradova KənarəNaxçıvan Dövlət UniversitetiBeynəlxalq münasibətlər və
xarici dillər
Mustafa BünyaminQafqaz UniversitetiMaliyyə
Mustafayev TərlanA.R. Prezidenti yanında Dövlət Idarəçilik AkademiyasıMenecment
Namazlı MəhəmmədADNSUNeft-Qaz Mühəndisliyi
Qarayeva AyselBakı Dövlət UniversitetiHüquqşünaslıq
Qurbanlı KönülADA UniversitetiİT və sistem mühəndisliyi
Rzayeva İnciNaxçıvan Dövlət UniversitetiBeynəlxalq münasibətlər
Səidzadə AsimanBakı Ali Neft MəktəbiNeft-Qaz Mühəndisliyi
Şahin XəlilovAzTUKompüter mühəndisliyi
Şirəliyev HəsənA.R. Prezidenti yanında Dövlət Idarəçilik AkademiyasıMenecment
Şıxızadə ƏləddinQafqaz UniversitetiKompüter mühəndisliyi
Tacirə CəfərovaMingəçevir Dövlət Universitetiİqtisadiyyat və İdarəetmə
Tağısoy RukiyyəA.R. Prezidenti yanında Dövlət Idarəçilik AkademiyasıHüquqşünaslıq
Təhminə ƏzimzadəAzMİUMemarlıq
Zülfüqarlı NemətGəncə Aqrar UniversitetiMühasibat Uçotu və audit

вторник, 10 января 2017 г.

Vakansiya :Planlama Mühəndisi


AZƏRENERJİ

Planlama Mühəndisi
İş barədə məlumat
- Layihə üzrə görülən işlərin günlük, həftəlik, eləcədə dövri istehsal planının tərtib edilməsi və MS Project proqramına daxil edilməsi
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb lazımi instansiyalara ötürülməsi
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün istehsalat növbə rəisi ilə müzakirələr aparmaq
- Gecikən işlərin yenidən planlanması
- Bütün layihələrin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət
- Görülən işlərə dəyən ziyanın müəyyən edilməsi və aktların hazırlanması
- İstehsal və satışın balanslaşdırılması: ötən il, rüb və ay satışına nəzərən müvafiq olaraq növbəti il, rüb və aylıq istehsal proqnozununun verilməsi
- Təsdiqlənmiş plana əsasən nəzərdə tutulan istehsalın problemsiz və intensiv həyata keçirilməsi üçün xammal stokunun yaradılması və minimum stok nəzarəti
- Dövri olaraq İstehsalat növbə rəisi və Satış müdiri ilə toplantılar təşkil etmək, yaranmış problemləri təsbit etmək və həlli yollarının müzakirəsi
- Vəzifə təlimatında göstərilmiş digər öhdəliklərin yerinə yetirilməsi

Namizədə tələblər
- Texniki sahə üzrə ali təhsil
- Vəzifəyə uyğun sahədə ən az 3 (üç) il və artıq iş təcrübəsi olanlara üstünlük verilir
- Primavera P6, MS Office, MS Project və Autocad proqramları biliyi
- İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.
- Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti
- İşgüzar ünsiyyət bacarığı
- Komandada işləmə bacarığı

Necə müraciət etməli:
• İxtisaslı namizədlər öz CV anketlərini karyera@azerenerji.gov.az göndərərək müraciət edə bilərlər
• Mövzu hissəsinə “Planlama Mühəndisi” qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla məhdudlaşdırılacaqdır.
• Tövsiyyə olunan CV-anket formasını təqdim edirik Burdan bax .

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.

понедельник, 9 января 2017 г.

Vakansiya : Mühəndis konstruktor -Azərenerji


Mühəndis-konstruktor
İş barədə məlumat
- geoloji tapşırığa əsasən bünövrənin en kəsiyinin və qoyulma dərinliyinin təyin edilməsi
- texnoloji tapşırığa əsasən bina və qurğunun hesabı sxemininin seçilməsi
- sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablaması
- hesabatın nəticəsi əsasında iqtisadi cəhətdən sərfəli olan  bünövrənin, sütunların, rigellərin, tirlərin, tavanın, örtük konstruksiyalarının en kəsiyinin və materiallarının seçilməsi
- dəmir-beton, metal, ağac və plastik konstruksiya layihə cizgilərinin çəkilməsini təşkil edilməsi
- konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin tərtib edilməsi
- qəza vəziyyətində olan bina və qurğuların konstruksiya layihələrinin yerinə yetirilməsi
- təmir-tikinti işləri üçün layihə sənədlərinin hazırlaması
- tikinti işlərinə müəllif nəzarətinin həyata keçirməsi
- layihənin sifarişə əsasən və AR-da qüvvədə olan İnşaat Norma və Qaydalarına riayyət etməklə aparılnasl.
- gigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.
Namizədə tələblər
- inşaat mühəndisliyi üzrə ali təhsil
- inşaat sektorunda ən az 3 il iş təcrübəsi
- layihələndirmə işlərini yerinə yetirilməsi üçün Lisenziya, zəlzələ üzrə Fövqəladə Hallar Nazirliyindən xüsusi vəsiqə
- MS Office, Autocad, Lira, Ideacad, Sap200 proqramlarında işləyə bilməli
- inşaat norma ve qaydalarını bilməli
- layihələşdirmənin metodlarını bilməli
- layihə işlərinin təşkili və planlaşdırılmasını bilməli
- işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri bilməli
- tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli
- müəllif nəzarətini yerinə yetirə bilməli
- dəmir-beton , metal, ağac və plastik konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməli
- bünövrənin en kəsiyinin və qoyulma dərinliyinin təyin edə bilməli
- sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməli
- konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulmasını bilməlidir.
Necə müraciət etməli:
• İxtisaslı namizədlər öz CV anketlərini karyera@azerenerji.gov.az göndərərək müraciət edə bilərlər.
• Mövzu hissəsinə “Mühəndis konsturktor” qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla 
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.