Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:
- Kommersiya
- İnsan resursları
- Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
- Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
- Mexanika/maşın mühəndisliyi
- İnşaat materiallarının istehsal texnologiyası
- Yapışdırıcı materiallar və beton istehsalı texnologiyası
- Kimya və kimya mühəndisliyi / texnologiyası
- Geologiya
- Elektrik və elektronika mühəndisliyi
Şərtlər:
İş qrafiki: Standart (5 günlük)
Müddət: 1-3 ay
Əlavə olaraq: Nahar və nəqliyyat xidməti
Tələblər:
- Təcrübə proqramına müraciət forması (buradan yükləyin Müraciət forması )
- NORM-da təcrübə keçməkdə məqsəd və gələcək karyera planlarını əks etdirən məlumat
- Tələbə olduğunu təsdiq edən sənəd (tələbə bileti)
- Elmi işlərin siyahısı (əgər varsa)
- İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)
- Magistrlər üçün – bakalavr diplomunun surəti
Müraciətlərinizi 28 aprel 2017-ci il tarixinədək hr@norm.az email ünvanına, mövzu hissəsində "Internship” qeyd edərək göndərməyiniz xahiş olunur.
Qeyd: Təcrübə proqramı ödənişsizdir və Şirkət təcrübəçiləri mütləq qaydada işə götürmək öhdəliyi daşımır.
Комментариев нет:
Отправить комментарий